Azərbaycan, Bakı, 15 iyun /Trend/
2011-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycanın əsas istehlakçıların mazut ehtiyatı 258,9 min ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 2 3,4 faiz azdır. Bu barədə Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.
İyunun 1-nə avtomobil benzini ehtiyatı 18,8 min ton olub ki, bu da 2010-cu ilin analoji dövr göstərici sindən 14,6 faiz çoxdur.
Əsas istehlakçıların dizel yanacağı ehtiyatı, iyunun 1-nə olan məlumata əsasən, 16,8 min ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 23,5 faiz çoxdur.
Əsas istehlakçılarda maye qaz ehtiyatlarının həcmi 2,5 min ton olub ki, bu da 2010-cu ilin analoji dövründə qeydə alınan göstəricidən 66,7 faiz çoxdur.
İstehlakçılarda yanvar-may aylarında daş kömür ehtiyatları 7,5 min ton olub. Bu, ötən ilin analoji dövr göstəricisindən 36,4 faiz çoxdur.