...

Azərbaycanın EITI üzrə 14-cü hesabatı çərçivəsində məlumatlar açıqlanıb

Energetika Materials 21 İyun 2011 13:22 (UTC +04:00)
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya Azərbaycanın EİTİ üzrə on dördüncü hesabatını açıqlayıb.
Azərbaycanın EITI üzrə 14-cü hesabatı çərçivəsində məlumatlar açıqlanıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.İsmayılov/

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya Azərbaycanın EİTİ üzrə on dördüncü hesabatını açıqlayıb. Hesabat Moore Stephens beynəlxalq audit şirkəti tərəfindən hazırlanıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Neft Fondunun (ARDNF) çərşənbə axşamı yaydığı hesabatda deyilir.

Hesabat 2010-cu il ərzində ölkənin mədən hasilatı sənayesindən daxilolmaları əhatə edir.

Hesabata əsasən, hökumət ötən il ərzində neft-qaz sahəsində çalışan xarici şirkətlərdən 215,39 milyon barel neft və 1906,812 milyon kubmetr qaz, 3482963,634 min kubmetr səmt qazı alıb. Hökumət həmçinin 8,389 min unsiya qızıl və 5,528 min unsiya gümüş alıb.

Neftin qiyməti 50,306 milyon dollar, qazın dəyəri isə 268,248 milyon dollar həcmində göstərilib.

Xarici şirkətlərdən mənfəət vergisi qismində 780,62 milyon manat, tranzit ödəmələri 10,347 milyon dollar, akr hesabı ödəmələr 1,494 milyon dollar əldə olunub.

Yerli şirkətlərdən daxilolmalar royaliti vergisi üzrə 128,691 milyon manat, mənfəət vergisi üzrə 230,822 milyon manat, ƏDV üzrə 54,414 milyon manat, torpaq vergisi üzrə 18,036 milyon manat, əmlak vergisi üzrə 49,334 milyon manat, qiymət fərqindən 70,752 milyon manat, digər vergilərdən (mənbədə olan vergilər və sosial ödəmələr istisna olmaqla) 0,316 milyon manat alınıb.

Ümumilikdə 2010-cu ildə Azərbaycan hökumətinə neft-qaz layihələrindən 332,395 milyon dollar və 1332,985 milyon manat verilib.

İyunun 21-nə rəsmi məzənnə 0,7873 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti