...

ARDNŞ "Günəşli" yatağında platformanın tikintisi çərçivəsində işlər görür

Energetika Materials 19 İyul 2011 14:19 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun əməkçiləri "Günəşli" yatağında tikiləcək qazlift kompressor stansiyası üçün 2 saylı dayaq blokunun tikintisini uğurla başa çatdırıb.
ARDNŞ "Günəşli" yatağında platformanın tikintisi çərçivəsində işlər görür

Azərbaycan, Bakı, 19 iyul /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun əməkçiləri "Günəşli" yatağında tikiləcək qazlift kompressor stansiyası üçün 2 saylı dayaq blokunun tikintisini uğurla başa çatdırıb. Trend-in məlumatıəna görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Ümumi çəkisi 2628 ton, hündürlüyü isə 99 metr olan dayaq blokunun sifarişçisi "Azneft" İstehsalat Birliyinin "28 may" Neft Qaz Çıxarma İdarəsidir.

Dayaq bloku inşa edildikdən sonra "Günəşli" yatağında 90-92 metr dərinlikdə, mövcud "Günəşli-4" platformasının 50 metrliyində quraşdırılması üçün bu günlərdə dənizə nəql edilib.

Platformaları bir-birilə piyada körpüsü birləşdirir. Layihəyə görə, sosial infrastruktur - yaşayış bloku, yeməkxana, ehtiyat qazma və helikopter meydançası hər iki platforma üçün ümumi olacaq.

Xəbər lenti

Xəbər lenti