...

ARDNŞ bu il Türkiyənin "Petkim" neft-kimya kompleksinə 100 milyon dollar sərmayə yatıracaq

Energetika Materials 21 İyul 2011 14:48 (UTC +04:00)
2011-ci ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyənin "Petkim" neft-kimya kompleksinə investisiyalarının həcmi 100 milyon dollar təşkil edəcək.
ARDNŞ bu il Türkiyənin "Petkim" neft-kimya kompleksinə 100 milyon dollar sərmayə yatıracaq

Azərbaycan, Bakı, 21 iyul /Trend/

2011-ci ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyənin "Petkim" neft-kimya kompleksinə investisiyalarının həcmi 100 milyon dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev Bakıda türkiyəli jurnalistlərə bildirib.

Petkim-də istehsal və satış həcmlərinin artırılması məqsədilə iri konteyner terminalının, habelə müəssisənin elektrik enerjisinə olan tələbatını tam ödəməyə imkan verəcək külək enerjisinin reqenerasiyası üzrə yeni sistemli elketrik stansiyasının tikintisi planlaşdırılıb.

ARDNŞ-nin yaydığı məlumatda deyildiyi kimi, Əliyev onu da bildirib ki, hazırda Türkiyədə "Petkim"in istehsalat meydanında yerləşəcək neft emalı zavodunun tikintisi çərçivəsində işlər davam etdirilir.

Zavodun tikintisi neft-kimya kompleksinin xammala olan tələbatını, eləcə də hazır məhsulun Türkiyə bazarında satışını təmin etməyə imkan verəcək.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti