...

"Azəriqaz" İB-də yeni texnologiyalar tətbiq edilir

Energetika Materials 27 İyul 2011 18:48 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyi əhalinin təbii qazla fasiləsiz təminatı, qaz infrastrukturunun yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi istiqamətində də mühüm tədbirlər həyata keçirir.
"Azəriqaz" İB-də yeni texnologiyalar tətbiq edilir

Azərbaycan, Bakı, 27 iyul /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi əhalinin təbii qazla fasiləsiz təminatı, qaz infrastrukturunun yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi istiqamətində də mühüm tədbirlər həyata keçirir.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə əlaqədar Bakı və Abşeron rayonu ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin "ArcGİS" proqram təminatında elektron məlumat bazası yaradılır. Artıq bu sahədə Xətai, Suraxanı, Xəzər, Nizami, Nərimanov, Nəsimi rayonları üzrə işlər başa çatdırılıb.

Hazırda elektron bazanın şəbəkə məlumatları ilə tamamlanması işləri paytaxtın Yasamal rayonu ərazisində davam etdirilir. Yeni tətbiq olunan bu sistem vasitəsilə hər bir rayon üzrə elektron xəritə yaradılır. Bu elektron xəritə vasitəsilə ərazinin vəziyyəti və ərazidaxili planalma elementləri vektorizasiya edilir, ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri üzərində olan bütün avadanlıqlar, qurğular, tikililər və s. əks olunmaqla müasir elektron ölçmə cihazları ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə rayonlar üzrə mövcud qazpaylayıcı şəbəkənin fəaliyyəti təkmilləşir, həmçinin texnoloji sxemin coğrafi məkan məlumatları ilə əlaqəli analizləri aparılır.

Xəbər lenti

Xəbər lenti