...

ARDNŞ 2012-ci ildə Bakıda smart qaz sayğaclarının quraşdırılmasını başa çatdıracaq

Energetika Materials 8 Avqust 2011 11:52 (UTC +04:00)
2012-ci ildə ARDNŞ Bakının bütün abonentləri üçün smart-kart bazasında işləyən qaz sayğaclarının quraşdırılmasını başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.
ARDNŞ 2012-ci ildə Bakıda smart qaz sayğaclarının quraşdırılmasını başa çatdıracaq

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə ARDNŞ Bakının bütün abonentləri üçün smart-kart bazasında işləyən qaz sayğaclarının quraşdırılmasını başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, indi Bakıda 600 minə yaxın abonent var. ARDNŞ hər gün 1000-ə yaxın sayğac quraşdırır. Gələn il yeni sayğacların quraşdırılması başa çatacaq.

"ARDNŞ Azərbaycanın bütün rayonlarında qaz təchizatının yaxşılaşdırılması üçün işlər aparır. İnvestisiya layihələri ölkənin bütün qaz təsərrüfatında, xüsusilə magistral qaz kəmərlərində həyata keçirilir. Bu, qarşıdakı qış mövsümündə qaz təchizatını yaxşılaşdırmağa imkan verəcək", - Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni qaz kəmərlərinin çəkilişi Azərbaycanın qazlaşdırılması səviyyəsini 95 faizə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti