...

Azərbaycanın Energetika Nazirliyi külək kadastrının hazırlanmasına başlayıb

Energetika Materials 5 Sentyabr 2011 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyi külək kadastrının hazırlanması çərçivəsində Azərbaycanın 21 nöqtəsində ölçmə stansiyalarının quraşdırılmasına başlayıb. Bu barədə Agentliyin rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, ölçmə stansiyalarının quraşdırılması əsasən ölkənin şərq rayonlarında aparılır ki, bu da külək enerjisinin regenerasiyası üçün elektrik stansiyalarının rasional yerləşdirilməsi məqsədilə məlumat bazası yaratmağa imkan verəcək.

Agentliyin rəhbərinin qeyd etdiyi kimi, bu sahənin inkişafına qoyulan investisiyaların öz xərcini çıxartma müddəti elektrik stansiyalarının yerləşdirilməsindən asılı olacaq.

Ölçmə stansiyaları təkcə küləyin sürətini deyil, həm də onun istiqaməti və müddətini də müəyyən etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti