...

Türkiyə qaz ixrac edən ölkələrə qiymətləri azaltmağı təklif edir

Energetika Materials 6 Sentyabr 2011 15:47 (UTC +04:00)
Türkiyəyə qaz ixrac edən ölkələr yanacağın qiymətini aşağı salmalıdır.
Türkiyə qaz ixrac edən ölkələrə qiymətləri azaltmağı təklif edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Türkiyəyə qaz ixrac edən ölkələr yanacağın qiymətini aşağı salmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Türkiyənin energetika naziri Taner Yıldız CNN Türk telekanalına müsahibəsində deyib.

"Biz qazın qiymətinə yenidən baxmalıyıq", - o bildirib.

Türkiyə qazı Azərbaycan, İran və Rusiyadan idxal edir. Ölkə 2011-ci ilin yanvar-iyul aylarında müxtəlif mənbələrdən təxminən 22,2 milyard kubmetr qaz idxal edib. Bu göstərici 2010-cu ildə 32,5 milyard kubmetr, 2009-cu ildə isə 33,62 milyard kubmetr olub.

Türkiyəyə Azərbaycan qazı "Şahdəniz" yatağından ixrac olunur. İki ölkə arasında imzalanmış "Al və ya ödə" formullu müqaviləyə əsasən, Türkiyə ildə 6,6 milyard kubmetr qazı "Şahdəniz" yatağının işlənməsinin I mərhələsindən əldə edir. Ölkə yatağın işlənməsinin II mərhələsindən ildə 6 milyard kubmetr qaz alacaq.

Xəbər lenti

Xəbər lenti