...

Azərbaycanda yeni qaz yatağının kəşf edilməsi "Cənub qaz dəhlizi"nin aktuallığını artırır

Energetika Materials 9 Sentyabr 2011 19:38 (UTC +04:00)
Azərbaycanın "Abşeron" dəniz qaz-kondensat yatağında X-2 qiymətləndirmə quyusunun qazma nəticələri bu strukturda mühüm qaz ehtiyatlarının mövcud olduğunu təsdiq edib.
Azərbaycanda yeni qaz yatağının kəşf edilməsi "Cənub qaz dəhlizi"nin aktuallığını artırır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Trend BİA-nın Analitik mərkəzinin eksperti Azər Əhmədbəyli

Azərbaycanın "Abşeron" dəniz qaz-kondensat yatağında X-2 qiymətləndirmə quyusunun qazma nəticələri bu strukturda mühüm qaz ehtiyatlarının mövcud olduğunu təsdiq edib. Nəticələr növbəti dəfə "Cənub qaz dəhlizi"nin aktuallığını artırdı. Ehtiyatların artması yeni boru kəmərlərinin tikintisini labüd edir ki, bu da Azərbaycan üçün olduğu kimi, Avropa üçün də vacibdir. Avropalılara bu, bir çox amilə görə vacibdir, onların bəziləri aşağıdakı kimidir:

- Avropadakı iqtisadi böhrandan sonra enerjidaşıyıcılara olan tələbatın artması;

- Nüvə energetikasından cüzi və ya tam əl çəkmə;

- Alternativ enerji mənbələrinin iri investisiyalı istehsalı.

Bütün bu amillər Azərbaycan təbii qazının Avropa bazarı üçün əhəmiyyətini çox artırır. Ölkə müxtəlif variantları nəzərdən keçirməlidir, çünki 2020-2025-ci ilədək perspektiv strukturların və yataqların gələcək istismarı ilə ölkədə qaz hasilatı həcmi ildə 50-55 milyard kubmetrə çatacaq.

Xəbər lenti

Xəbər lenti