...

"Ekol" QSC ARDNŞ üçün ekoloji layihəni başa çatdırıb

Energetika Materials 16 Sentyabr 2011 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Ekol Mühəndislik Xidmətləri" QSC "Azneft" İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədənləri (İNM) ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-nin rəsmi internet saytında dərc olunmuş məlumatda deyilir.

Görülən işlər nəticəsində ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışıb.

Neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri eyni zamanda, 3 ayrı-ayrı layihələr üzrə həyata keçirilib, nəticədə 16,2 hektar torpaq təmizlənib.

2006-cı il martın 1-də Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə yaradılmış "Ekol Muhəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) (51 faiz) və Lancer S.A. Services-dir (49 faiz).

Xəbər lenti

Xəbər lenti