...

ARDNŞ SAP sisteminin yeni modullarını tətbiq edir

Energetika Materials 16 Sentyabr 2011 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2012-ci ildən şirkət büdcəsinin tərtibinin avtomatlaşdırılmış idarəetmə sisteminin və strateji qərarlar qəbul edilməsinin yeni modullarını tətbiq edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Avtomatlaşdırılmış idarəetmə sistemi bundan əvvəl Almaniyanın SAP şirkəti tərəfindən şirkətdə yüklənib.

"Hazırda həmin modullar müxtəlif idarə səviyyələrində sınanır, biz onları gələn ilin əvvəlindən tətbiq etməyi planlaşdırırıq", - Qasımov deyib.

Onun sözlərinə görə, bundan əlavə, şirkət istehsalat prosesinin özünün idarəsi üzrə modulları da tətbiq etməyə hazırlaşır.

"Söhbət SAP TM, SAP PP, SAP QM modullarından gedir. Hazırda istehsalat sahələrində işçi qrupları yaradılır, metodologiya və biznes-plan hazırlanır", - Qasımov deyib.

Şirkətin 140 müəssisəsində insan resursları, satış fəaliyyəti, maliyyə mühasibatı, maddi axınlar, zəncirvari tədarük və risklərin idarə olunmasında artıq SAP həlləri tətbiq olunub.

SAP həllərinin tətbiqi şirkətin iş keyfiyyətinin yaxşılaşmasına, hesabatların hazırlanma vaxtlarının azaldılması, maliyyə nəzarətinin möhkəmlənməsi və şəffaflığı, standartlaşdırma və biznes-proseslərin avtomatlaşdırılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti