...

Bolqarıstan Azərbaycanın sıxılmış qazının tədarükündə maraqlıdır - nazir

Energetika Materials 22 Sentyabr 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Axundov/

Bolqarıstan Qara dənizlə Azərbaycanın sıxılmış qazının tədarükündə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov deyib.

"Bolqarıstan "Cənub qaz dəhlizi"nin bir hissəsidir və müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla müxtəlif layihələr çərçivəsində qaz alışı üzrə danışıqlar aparır, - Traykov bildirib. - Lakin bizi hər şeydən çox Qara dənizlə Azərbaycanın sıxılmış qazının tədarükü maraqlandırır".

Onun sözlərinə görə, bu variant kiçik qaz həcmlərini nəql etməyə imkan verir ki, bu da böyük yatırımlar tələb etmir və bu, başqa ölkələr kimi Bolqarıstanı da maraqlandırır.

"Bolqarıstanda qaza tələbat çox deyil, lakin ölkə Avropaya qaz tədarükü üçün tranzit mərkəz kimi çıxış edə bilər", - nazir deyib.

Ona görə də, onun sözlərinə görə, Bolqarıstanın ala biləcəyi qaz həcmləri ölkənin qaza olan tələbatını dəfələrlə ötə bilər.

"Cənub qaz dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Bir müddət əvvəl Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün mandatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti