...

Kulevi Qara Dəniz Terminalından ötürülən neft və neft məhsullarının həcmi 10 milyon tona çatdırılıb

Energetika Materials 17 Oktyabr 2011 22:35
Bu günlərdə ARDNŞ-in Kulevi Qara Dəniz Terminalı vasitəsi ilə ötürülən neft və neft məhsullarının həcmi 10 milyon tona çatdırılıb. Bu barədə bazar ertəsi şirkətin məlumatında bildirilir.
Kulevi Qara Dəniz Terminalından ötürülən neft və neft məhsullarının həcmi 10 milyon tona çatdırılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu günlərdə ARDNŞ-in Kulevi Qara Dəniz Terminalı vasitəsi ilə ötürülən neft və neft məhsullarının həcmi 10 milyon tona çatdırılıb. Bu barədə bazar ertəsi şirkətin məlumatında bildirilir.

"Bu uğur son illər ərzində Terminalda davamlı inkişaf üzrə aparılan fəaliyyətin nəticəsidir", - deyə məlumatda bildirilir.

ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti