...

Türkiyə qaz idxalını xeyli artırıb

Energetika Materials 27 Oktyabr 2011 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir E.İsmayılov/

BOTAŞ dövlət boru kəməri şirkəti yanvar-sentyabrda müxtəlif mənbələrdən Türkiyəyə 27,9 milyard kubmetr qaz idxal edib. Ötən ilin analoji dövründə bu göstərici 22,66 milyard kubmetr təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BOTAŞ-ın rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Türkiyə, həmçinin, Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycandan qaz idxal edir.

2010-cu ildə BOTAŞ Türkiyəyə təxminən 32,5 milyard kubmetr qaz idxal edib. 2009-cu ildə bu rəqəm 33,6 milyard kubmetr olub. Türkiyə 2008-ci ildə isə təqribən 37,8 milyard kubmetr qaz idxal edə bilib.

Bundan başqa, yanvar-sentyabrda BOTAŞ-ın ixrac əməliyyatlarında 533 milyon kubmetr qaz ixrac edilib. 2010-cu ilin eyni dövründə isə bu rəqəm 534 milyon kubmetr təşkil edib. Ötən il ixrac əməliyyatlarının payına 660 milyon kubmetr qaz düşüb. 2009-cu ildə isə bu rəqəm 721 milyon kubmetr təşkil edib. 2008-ci ildə ölkə 443 milyon kubmetr qaz ixrac edib. 2007-ci ildə isə bu rəqəm 31 milyon kubmetr səviyyəsində olub.

Yanvar-sentyabrda Türkiyənin daxili bazarına təxminən 27,3 milyard kubmetr qaz tədarük edilib. 2010-cu ilin analoji dövründə bu göstərici təxminən 22,5 milyard kubmetr olub.

Ötən il Türkiyənin daxili bazarına 31,46 milyard kubmetr qaz tədarük edilib. 2009-cu ildə isə bu göstərici 32 milyard kubmetr olub. 2008-ci ildə isə Türkiyədə 36 milyard kubmetrdən çox qaz satışı həyata keçirilib. 2007-ci ildə isə bu rəqəm 35,1 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti