...

Azərbaycan alternativ enerjinin inkişafı üzrə fəal iş aparır

Energetika Materials 31 Oktyabr 2011 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycanda davamlı enerjinin inkişafına dəstək" proqramı çərçivəsində Avropa Komissiyasının bu ilin sonuna qədər ayıracağı ikinci tranşın həcmi təxminən 4,5 milyon avro təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov deyib.

Məlikovun sözlərinə görə, bu tranşın tamamilə köçürüləcəyi hələlik məlum deyil. Azərbaycan tərəfinin aparacağı işin qiymətindən asılı olaraq tranş 70-80 faiz üzrə qismən ödənilə bilər.

Dövlət Agentliyi ilə Avropa Komissiyası arasında əməkdaşlıq alternativ enerjinin inkişafı üzrə 6 əsas istiqaməti əhatə edir.

"Əməkdaşlığın beş əsas istiqaməti üzrə podradçılarla artıq müqavilələr imzalanıb", - Məlikov deyib. Alternativ və bərpa olunan enerji mənbələri sahəsində ictimaiyyətlə və məlumatlandırma işlərini əhatə edən altıncı istiqamət üzrə müqavilə hələlik bağlanmayıb.

Son zamanlar alternativ energetika sektoruna böyük diqqət ayrılır. Xüsusilə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması barədə qərar qəbul edilib.

Məlikovun sözlərinə görə, hazırda alternativ energetika və enerjidən səmərəli istifadə sahəsində qanun layihələrinin hazırlanması üzrə işlər aparılır. İkinci dərəcəli sənədlər isə işlənmə mərhələsindədir.

"Qeyd etmək lazımdır ki, alternativ energetika sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə böyük iş görülür", - o deyib.

Xəbər lenti

Xəbər lenti