...

ARDNŞ prezidenti Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Energetika Materials 4 Noyabr 2011 22:09 (UTC +04:00)
Cümə günü ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanla görüş keçirmişdir. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.
ARDNŞ prezidenti Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Cümə günü ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanla görüş keçirmişdir. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Abdullayev qonağı salamlayaraq Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş, səfirə uğurlar arzulamışdır.

Bakıda çalışmaqdan məmnunluğunu bildirən səfir ARDNŞ-ə gəlişinin tanışlıq məqsədi daşıdığını söyləmiş, səmimi qəbul üçün təşəkkürünü bildirmişdir. O, Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq qurulduğunu söyləyərək, bu münasibətlərin daha da dərinləşəcəyinə əminliyini ifadə etmişdir.

BP şirkəti ilə ARDNŞ arasında uzunmüddətli faydalı əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə verdiyini qeyd edən Abdullayev həyata keçirilən birgə layihələr, xüsusən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri üzrə işlərin uğurla davam etdiyini bildirmiş, BP ilə əməkdaşlığın genişləndirilməsi üçün perspektivləri yüksək qiymətləndirmişdir. Azərbaycan neft sənayesində baş verən yeniliklər haqda qonağa ətraflı məlumat verən ARDNŞ prezidenti son dövrdə iki qaz-kondensat yatağının kəşf olunduğunu vurğulamış, "Ümid" və "Abşeron" yataqlarında axtarış-kəşfiyyat işlərinin uğurla davam etdirilməsindən danışmışdır.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynaya biləcəyini deyən Rövnəq Abdullayev Türkiyə ilə bu günlərdə imzalanmış qaz alqı-satqısı və tranzit sazişlərinin əhəmiyyətindən söz açmışdır. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti