...

ARDNŞ yanvar-oktyabrda Azərbaycanın enerji operatoruna qaz verilişini artırıb

Energetika Materials 22 Noyabr 2011 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-oktyabr aylarında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə yanacaq qismində istifadə üçün 3,43 milyard kubmetrə yaxın qaz verilib. Ötən ilin analoji dövründə bu göstərici 3,21 milyard kubmetr olub. Trend-in məlumatına görə, bu barədə "Azərenerji"yə qaz tədarük edən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.

Oktyabrda "Azərenerji"yə 345,9 milyon kubmetr həcmində qaz verilib ki, ötən ilin analoji dövründə bu rəqəm 323,6 milyon kubmetr təşkil edib.

2010-cu ildə "Azərenerji"yə 2009-cu ildəki 4,32 milyarda qarşı 4 milyard kubmetrə yaxın qaz verilib. 2008-ci ildə bu göstərici 2007-ci ildəki 3,4 milyard kubmetrə qarşı 4,95 milyard kubmetr olub.

Xəbər lenti

Xəbər lenti