...

Rəsmi Bakı: Xəzəryanı ölkələr birgə enerji layihələrinin reallaşdırılması üçün suveren hüquqa malikdirlər

Energetika Materials 23 Noyabr 2011 13:15 (UTC +04:00)

Qazaxıstan, Astana, 23 noyabr / Trend, müxbir K.Konırova /

Xəzəryanı ölkələr öz nəqliyyat və enerji layihələrinin reallaşdırılması üçün suveren hüquqa malikdirlər. Trend-in məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Astanada Transxəzər qaz kəmərinin çəkilişi məsələsini şərh edərkən jurnalistlərə deyib.

Nazir müavini bildirib ki, Azərbaycan tranzit ölkə kimi əməkdaşlıq üçün açıqdır və karbohidrogenlərin tranziti üçün öz imkanlarını təqdim etməyə hazırdır.

Xələfov noyabrın 22-23-də Astanada keçirilən Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 30-cu iclasında iştirak edib.

Transxəzər boru kəməri Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarına çatdırılması üzrə "Cənub dəhlizi"nin hissəsi kimi nəzərdən keçirilir. Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq. Layihədə əsas xammal yükü Türkmənistanın üzərinə düşür.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti