...

Azərbaycanda paylayıcı şəbəkələrin bərpası üçün iri investisiyalar lazımdır - dövlət enerji operatoru

Energetika Materials 6 Dekabr 2011 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan ərazisində paylayıcı şəbəkələrin yenidən qurulması və modernləşdirilməsi üçün böyük həcmdə vəsaitlər və cəlblər lazımdır. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonrakı dövrdə təxminən 65 faiz şəbəkə və stansiya həm mənəvi, həm də fiziki olaraq köhnəlib.

"Qonşulardan asıllığı ləğv etmək üçün enerji şəbəkələrinin gücünün artırılması, stansiyaların tikilməsi ilə məşğul olduq. Məhz bu məqsədlər üçün kreditlər cəlb etdik", - Əsgərov deyib.

Əsgərovun sözlərinə görə, bununla yanaşı, paylayıcı şəbəkələrlə bağlı vəziyyət mürəkkəb olaraq qalır. "Bu sahədə çox işlər görmək tələb olunur. Şəbəkələrdən çoxu ötən əsrin 70-80-ci illərində salınıb və artıq köhnəlib. Bu sahədə bərpa işlərinin aparılması üçün böyük həcmdə vəsait lazımdır", - ASC-nin vitse-prezidenti bildirib.

Hazırda "Azərnerji"nin balansında gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya, həmçinin 6 su elektrik stansiyası və 13 istilik elektrik stansiyası var. Azərbaycanın ümumi elektrik gücü 6 min meqavatı üstələyir.

"Azərenerji" 1998-ci ildə dövlət şirkətinin bazası əsasında yaradılıb. ASC-nin bütün 100 faiz səhmləri dövlətə məxsusdur.

Xəbər lenti

Xəbər lenti