...

Azərbaycanda neft-kimya laboratoriyası gələn il işə başlayacaq

Energetika Materials 8 Dekabr 2011 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend müxbir E. İsmayılov/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft və kimya sahəsində tədqiqatlarla məşğul olacaq yeni laboratoriyanı gələn il istismara verəcək. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

"Laboratoriyanın yaradılması üzrə işlər başa çatır və o, çox güman ki, 2012-ci ilin yanvar-fevralında istismara veriləcək" , - Dövlət Komitəsindən bildiriblər.

Laboratoriya Sumqayıt şəhərində yerləşək. Burada ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanında "Azərikimya" İstehsalat Birliyinin balansında olan ölkənin əsas kimya müəssisələri cəmləşib.

Bundan əvvəl komitə sədri Ramiz Həsənovun dediyinə görə, belə laboratoriyanın yaradılması respublikada istehsal edilən neft-kimya məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır.

Hazırda Azərbaycan 2 neft emalı zavoduna, eləcə də "Azərikimya" İstehsalat Birliyinin balansında olan kimya məhsullarının istehsalı üzrə müəssisələrə və bir qaz emalı zavoduna malikdir.

Bundan başqa, perspektivdə iri neft emalı kompleksinin yaradılması planlaşdırılır. O, NEZ-i, QEZ-i və yüksək ekoloji standartlara uyğun neft-kimya məhsullarının istehsalı üzrə zavodu birləşdirəcək.

Xəbər lenti

Xəbər lenti