...

Azərbaycanda kiçik SES-lərin sayı artacaq

Energetika Materials 20 Dekabr 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC gələn il Azərbaycanda daha 5 kiçik su elektrik stansiyasının (SES) tikintisinə başlaya bilər. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Onun sözlərinə görə, hazırda nəzərdə tutulan 10 kiçik SES-dən 5-nin tikintisi üzrə işlər aparılır.

"Biz 10 kiçik SES-in tikintisini nəzərdə tutmuşduq, lakin hazırda onların bir hissəsinin tikintisi üzrə işlər aparılır. Gələn il yeni SES-lərin tikintisi başlayacaq", - Əsgərov bildirib.

Onun sözlərinə görə, yeni stansiyaların tikintisi əvvəlki 5 stansiyanın tikintisinin başa çatması nəzərə alınmaqla tədricən aparılacaq.

"Azərenerji" ASC-nin investisiya şöbəsinin rəisi Rafael Abbasovun əvvəl dediyinə görə, yaxın vaxtlarda Azərbaycanın müxtəlif regionlarında 36 kiçik SES tikiləcək.

Ümumilikdə "Azərenerji"nin planlarına 280 kiçik SES-in tikintisi daxildir.

Abbasovun sözlərinə görə, kiçik SES-lərin tikintisi elektrik enerjisinin tədarükü üzrə vəsaitləri azaldacaq və Azərbaycan regionlarının inkişafını təmin edəcək. Kiçik SES-lərin yaradılması ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı prosesinin tərkib hissəsidir.

Hazırda "Azərenerji" elektik enerjisinin hasilat gücü üzrə Avropanın Top-50 iri enerji istehsalçısı şirkəti sırasına daxildir. "Azərenerji", həmçinin, bir kilovat-saat elektrik enerjisinin istehsalında istifadə edilən yanacağın miqdarı parametrləri üzrə beş şirkət sırasına daxildir.

Xəbər lenti

Xəbər lenti