...

ARDNŞ Ali Neft Məktəbinin tədris planını hazırlayır

Energetika Materials 23 Dekabr 2011 20:26 (UTC +04:00)
ARDNŞ Bakı Ali Neft Məktəbinin tədris planını hazırlamaq üçün britaniyalı və amerikalı mütəxəssislərlə iş aparır.
ARDNŞ Ali Neft Məktəbinin tədris planını hazırlayır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Bakı Ali Neft Məktəbinin tədris planını hazırlamaq üçün britaniyalı və amerikalı mütəxəssislərlə iş aparır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Texas və Aberdindəki universitetlərlə iş praktiki olaraq başa çatıb. Həmin universitetlər planın hazırlanması və tədris prosesində bilavasitə iştirak edəcəklər.

"Bu yeni Ali Neft Məktəbi təhsil və təcrübə prinsipləri əsasında təşkil ediləcək", - Abdullayev qeyd edib.

O bildirib ki, gələn tədris ilində məktəbə ilk 100 tələbənin qəbulu planlaşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Bakı Ali Neft Məktəbi ARDNŞ-nin tərkibinə daxil edilib.

Məlumata görə, alli məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə, sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələrin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti