...

Azərbaycandakı günəş batareyaları zavodu yanvarda işə düşəcək

Energetika Materials 26 Dekabr 2011 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.İsmayılov/

Hazırda Sumqayıt şəhərində tikilən günəş panelləri zavodu gələn il yanvarın sonunadək test rejimində fəaliyyət göstərməyə başlayacaq. Bu barədə bazar ertəsi Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, yeni müəssisənin buraxılışındakı kiçik ləngimə avadanlıqların tədarükündəki ləngimə ilə bağlıdır.

"Bütün işlər praktiki olaraq başa çatıb və yalnız bəzi avadanlıqların quraşdırılması qalır. Yanvarın sonunadək zavod işləməyə başlayacaq", - Məlikov deyib.

İlkin mərhələdə zavod planlaşdırılan üç növbə əvəzinə bir növbədə işləyəcək. Tam güclə işkləmək gələn ilin payızına planlaşdırılıb və istehsal olunan məhsula tələbatdan asılı olacaq. Zavod Günəş panelləri istehsal etməklə yanaşı, enerjiyə qənaət edən LED lampalar da buraxacaq.

Zavodun tikintisi özəl sektor tərəfindən maliyyələşdirilir. Müəssisəni Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Azgüntex" şirkəti tikir.

Zavodda quraşdırılan avadanlıqlar Almaniyada istehsal olunub, qiymətlər Çin istehsalçılarının təklif etikləri məhsulların dəyərinə uyğun gəlir.

Zavodun illik istehsal gücü ümumi gücü 25 meqavat olacaq 100 min ədəddən artıq fotoelektrik modul təşkil edəcək. Həmçinin, bir milyon ədədə yaxın enerjiyə qənaət edən müxtəlif lampalar istehsal ediləcək.

Xəbər lenti

Xəbər lenti