...

ARDNŞ Almaniyada nanotexnologiya mərkəzi yaradır

Energetika Materials 9 Yanvar 2012 13:28 (UTC +04:00)
ARDNŞ Almaniyada nanotexnologiya mərkəzi yaradır
ARDNŞ Almaniyada nanotexnologiya mərkəzi yaradır

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Almaniyanın Şimali Reyn Vestfaliya Federal vilayətinin İqtisadi İnkişaf Agentliyi "NRW.İNWEST GmbH" və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri "NanoMikro+Werkstoffe.NRW" arasında anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Memorandumu ARDNŞ tərəfindən şirkətin prezidenti Rövnəq Abdullayev imzalayıb.

Sənəd Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin ərazisində "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, ARDNŞ-nin iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tətqiqatı və transferini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti