...

Bakıda elektrik enerjisi ilə bağlı lokal problemlər obyektiv səbəblərdən qaynaqlanır - enerji operatoru

Energetika Materials 2 Fevral 2012 16:47 (UTC +04:00)
Bakıda və ətraf qəsəbələrdə elektrik enerjisi ilə bağlı lokal problemlər güclü külək səbəbindən elektrikötürücü xətlərin qırılması ilə bağlıdır.
Bakıda elektrik enerjisi ilə bağlı lokal problemlər obyektiv səbəblərdən qaynaqlanır - enerji operatoru

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

Bakıda və ətraf qəsəbələrdə elektrik enerjisi ilə bağlı lokal problemlər güclü külək səbəbindən elektrikötürücü xətlərin qırılması ilə bağlıdır. Bu barədə cümə axşamı Trend-ə "Bakıelektrikşəbəkə" SC-nin (Bakıda elekrik enerjisinin paylanması və satışı) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, ümumilikdə Bakıda elektrik enerjisinin təchizatı ilə bağlı problem müşahidə edilmir.

"Xüsusilə, Bakının ətraf qəsəbələrində elektrik enerjisinin təminatı ilə bağlı lokal problemlər bizdən asılı olmayan səbəblərdən qaynaqlanır. Bu səbəblər elektrikötürücü xətlərin qırılması və güclü külək üzündən ağacların yıxılmasıdır", - Mustafayev deyib.

Xəbər lenti

Xəbər lenti