...

Azərbaycan Türkiyəyə qaz tədarükünü dayandırıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 7 Fevral 2012 14:41 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" platformasında yaranan texniki səbəblərdən "Cənub dəhlizi" üzrə Türkiyəyə qaz tədarükünü dayandırıb.
Azərbaycan Türkiyəyə qaz tədarükünü dayandırıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir E.İsmayılov /

Azərbaycan "Şahdəniz" platformasında yaranan texniki səbəblərdən "Cənub dəhlizi" üzrə Türkiyəyə qaz tədarükünü dayandırıb. Bu barədə neft-qaz bazarındakı mənbə məlumat verib.

Çərşənbə axşamı yatağın işlənməsinin texniki operatoru qismində çıxış edən "BP Azerbaijan" şirkətindən Trend-ə deyildiyi kimi, "Şahdəniz" platformasının elektrik enerjisi ilə təchizatı sistemində aparılan profilaktik tədbirlər zamanı platformanın dayandırılmasının avtomatik sistemi işə düşdüyündən bütün proseslər dayandırılıb.

Şirkətdən bildirilib ki, dörd quyunun hamısında hasilat dayandırılıb.

Hazırda platformanın elektrik sistemi üzrə profilaktik işlər, eləcə də əməliyyat işlərinin bərpası üzrə işlər davam etdirilir. Bu gün axşam işlər başa çatdırıldıqdan sonra platformadakı istehsalat işləri əvvəlki rejimdə bərpa ediləcək.

Platformadakı işlər zamanı personalın və avadanlıqların təhlükəsizliyi tam təmin olunub.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti