...

Bakının bir sıra rayonlarına qazın verilişi saat 17:00-dək bərpa ediləcək

Energetika Materials 8 Fevral 2012 16:46 (UTC +04:00)
Nizami rayonunda maye qaz daşıyan yük maşının partlaması ilə əlaqədar Bakının bir sıra rayonlarında dayandırılan qazın verilişi saat 17:00-a qədər bərpa ediləcək.
Bakının bir sıra rayonlarına qazın verilişi saat 17:00-dək bərpa ediləcək

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

Nizami rayonunda maye qaz daşıyan yük maşının partlaması ilə əlaqədar Bakının bir sıra rayonlarına dayandırılan qazın verilişi saat 17:00-a qədər bərpa ediləcək. Bu barədə çərşənbə günü Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib.

Çərşənbə günü "Azəriqaz" Bakının Nizami, Xətai və Sabunçu rayonlarında qazın verilişini müvəqqəti dayandırıb.

Bu rayonlara qazın verilişi daha bir qəzadan yayınmaq üçün dayandırılıb.

"Maye qaz daşıyan yük maşını magistral qaz kəməri yaxınlığında aşdığına görə hər hansı qəzanın baş verməməsi üçün Nizami, Xətai və Sabunçu rayonlarına qaz verilişi müvəqqəti dayandırılıb", - Eyvazlı bir az əvvəl deyib.

Xəbər lenti

Xəbər lenti