...

"Şirvan" İES elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 22 Fevral 2012 12:54 (UTC +04:00)
Yanvarda "Şirvan" istilik elektrik stansiyası 315,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılan həcmdən 746 min kilovat-saat çoxdur.
"Şirvan" İES elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir E.İsmayılov/

Yanvarda "Şirvan" istilik elektrik stansiyası 315,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılan həcmdən 746 min kilovat-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

2011-ci ildə elektrik stansiyasında proqnozlaşdırılan 2,74 milyard kilovat-saata qarşı 2,75 milyard kilovat-saatа yaxın elektrik enerjisi istehsal edilib.

"Şirvan" İES 1962-ci ildən istismardadır. Hər biri 150 MVt gücündə 7 blokdan ibarət bu elektrik stansiyası Avropada açıq quruluşlu ilk stansiya olub.

Ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə hazırda Şirvan şəhərində gücü 780 MVt olan yeni - "Cənub" elektrik stansiyasının tikinti işləri davam edir. Bu yeni stansiyanın gələcəkdə Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, eyni zamanda enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və keyfiyyətli işləməsində də böyük rolu olacaq.

Xəbər lenti

Xəbər lenti