Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/
Bakı İstilik Elektrik Stansiyası yanvar-fevral ayında 105,9 milyon kilovatt-saata yaxın elektrik enerjisi istehsal edib. Halbuki proqnozlaşdırılan rəqəm 105,5 milyon kilovat-saat elektrik enerjisi təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) mətbuat xidmətindən bildirilib.
Fevralda stansiya tərəfindən 51,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Stansiya 2007-ci ilin fevralında istismara verilib. 2011-ci ildə 583,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.