Azərbaycan, Bakı, 13 mart /Trend müxbir E. İsmayılov/
Azərbaycan Mozdok-Qazıməmməd qaz kəmərində təzyiqin tənzimlənməsi üzrə işləri başa çatdırır. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə bildirib.
Onun sözlərinə görə, aparılan işlərlə əlaqədar Rusiya istiqamətində qazın tədarükü müvəqqəti dayandırılıb.
"İşlər yaxın müddətdə başa çatacaq və qazın verilişi tam bərpa ediləcək" , - mənbə qeyd edib.