...

Türkiyə idxal etdiyi İran neftinin bir hissəsini Liviya nefti ilə əvəz edəcək - nazir

Energetika Materials 30 Mart 2012 16:24 (UTC +04:00)
Türkiyə idxal etdiyi İran neftinin bir hissəsini Liviya nefti ilə əvəz etmək fikrindədir.
Türkiyə idxal etdiyi İran neftinin bir hissəsini Liviya nefti ilə əvəz edəcək - nazir

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyə idxal etdiyi İran neftinin bir hissəsini Liviya nefti ilə əvəz etmək fikrindədir. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. Bu barədə Trend cümə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.

Nazirin sözlərinə görə, Liviyadan nefti Türkiyənin "Tupras" şirkəti idxal edəcək.

"Birinci mərhələdə Türkiyə Liviyadan 1 milyon ton neft idxal edəcək", - Yıldız deyib.

Türkiyə ölkəyə enerjidaşıyıcıların tədarükü mənbələrinin diversifikasiyalaşdırılması məqsədilə belə bir addımı atmaq qərarına gəlib.

Bundan əvvəl Türkiyə dəfələrlə bəyan edib ki, Aİ və ABŞ-ın sanksiyalarına baxmayaraq, İrandan neft alışını davam etdirəcək.

2010-cu ildə "Tupras" İrandan 7,41 milyon ton neft alıb ki, bu da elə həmin il onun emal etdiyi neftin təqribən 38 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti