...

Azərbaycanda yeni neft-kimya kompleksinin tikintisi üçün xüsusi hüquqi rejim yaratmaq lazımdır

Energetika Materials 11 Aprel 2012 13:47 (UTC +04:00)
Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) tikintisi layihəsinin reallaşdırılması çərçivəsində xüsusi müvəqqəti hüquqi rejim haqqında qanunun yaradılması layihənin həyata keçirilməsinə müsbət təsir edəcək.
Azərbaycanda yeni neft-kimya kompleksinin tikintisi üçün xüsusi hüquqi rejim yaratmaq lazımdır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E. İsmayılov/

Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) tikintisi layihəsinin reallaşdırılması çərçivəsində xüsusi müvəqqəti hüquqi rejim haqqında qanunun yaradılması layihənin həyata keçirilməsinə müsbət təsir edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü OGPC-nın yaradılmasına həsr edilmiş forumda OMNI hüquq şirkətinin idarəçi tərəfdaşı Ceyhun Bayramov bildirib.

"Çünki layihənin reallaşdırılmasına xarici investisiyalar, podratçılar və subpotratçılar cəlb ediləcək, xüsusi hüquqi rejimin yaradılması yeni kompleksin tikintisi zamanı yubanmaların qarşısını almaq məqsədi baxımından zəruridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) artıq xüsusi rejim işini tənzimləyən qanunvericilik bazasının yaradılması məsələsi ilə bağlı ölkə hökumətinə müraciət edib", - Bayramov deyib.

Onun fikrincə, yeni qanunun hazırlanması ölkənin qanunvercilik bazasına dəyişikliklərin edilməsi ilə müqayisədə daha məqsədəuyğundur.

Xüsusilə xüsusi hüquqi rejimin yaradılması vergitutma, gömrük rüsumları, əmək miqrasiyası, sosial müdafiə üzrə, tariflər və qiymətformalaşdırma prosesləri məsələlərin nizamlanmasını nəzərdə tutur.

"Bütün bu istiqamətlər üzrə layihənin reallaşdırılmasının operativliyini təmin etmək məqsədilə preferensiyalar və güzəştlər tətbiq edilməlidir", - Bayramov qeyd edib.

Onun sözlərinə görə, bu layihənin tez bir zamanda reallaşdırılması ölkənin sənaye kompleksinin inkişafı və xüsusən yüngül və ağır sənaye, enerji təhlükəsizliyinin artırılması və iqtisadiyyatın şaxələndirilməsi üçün şərait yaradacaq.

Buna parlaq misal "Azəri-Çıraq-Günəşli" neft-qaz blokunun işlənməsi, "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, "Cənubi Qafqaz" qaz kəməri kimi layihələrdir. Bu layihələr çərçivəsində xüsusi hüquqi rejimlər yaradılıb.

"Bu layihələrin reallaşdırılması ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edib", - o deyib.

Xəbər lenti

Xəbər lenti