...

Azərbaycanın magistral qaz kəmərində yanğın Rusiyaya qazın tədarükünə təsir etməyib

Energetika Materials 14 Aprel 2012 10:42 (UTC +04:00)
Azərbaycanın Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz kəmərində baş vermiş yanğın Rusiyaya qazın tədarükünə təsir etməyib
Azərbaycanın magistral qaz kəmərində yanğın Rusiyaya qazın tədarükünə təsir etməyib

Azərbaycan, Bakı, 14 aprel / Trend, müxbir A.Axundov /

Azərbaycanın Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz kəmərində baş vermiş yanğın Rusiyaya qazın tədarükünə təsir etməyib. Bu barədə şənbə günü Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Cümə günü saat 22:50-də Altıağac-Ağsu magistral qaz xəttində sızma və sonradan yanğın baş verib. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülüb. Altıağac-Ağsu magistral qaz xətti Mozdok-Qazıməməmd magistral qaz kəmərinin bir hissəsidir.

"Hadisə ilə əlaqədar Rusiyay qaz tədarükündə cüzi fasilə olub Hazırda alternativ magistral kəmərlə qaz nəql olunur", - İB-dən deyiblər.

Hadisə nəticəsində Xızı rayonunun Altıağac qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb.

Azərbaycanın Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz xətti ilə qazın verilməsi yaxın vaxtlarda bərpa ediləcək.

Hadisə yerinə gələn mütəxəssislər onun səbəbini araşdırırlar.

Şamaxı rayonu Bakının 135 kilometrliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti