Azərbaycan, Bakı, 3 may /Trend/
Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq 4 may 2012-ci il tarixdə saat 09:00-dan 19:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" və "Çuxuryurd" avtomatik qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Şamaxı şəhəri də daxil olmaqla, rayonun Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngixaran kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.