...

Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 15 May 2012 18:17 (UTC +04:00)
Tikinti işləri ilə əlaqədar olaraq 16 may 2012-ci il tarixdə saat 11:00-dan etibarən "Ağ şəhər" magistral qaz kəməri, "Zığ" və "Əhmədli" qazpaylayıcı stansiyaları, eləcə də "Alko" və "SOS uşaq evi" qaz ölçü qovşaqlarının təbii qaz təchizatı dayandırılacaq.
Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 15 may /Trend/

Tikinti işləri ilə əlaqədar olaraq 16 may 2012-ci il tarixdə saat 11:00-dan etibarən "Ağ şəhər" magistral qaz kəməri, "Zığ" və "Əhmədli" qazpaylayıcı stansiyaları, eləcə də "Alko" və "SOS uşaq evi" qaz ölçü qovşaqlarının təbii qaz təchizatı dayandırılacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun Əhmədli yaşayış massivinə, "Pivə zavodu", "Zeytunluq" adlanan yaşayış sahələrinə, "Oksigen", İ.İsmayılov, "Dəniz", M.Rüstəmov, M.Hadi, Sarayev, "Neapol", S.Mehmandarov, Q.Məmmədov küçələrinə, eyni zamanda, Suraxanı rayonunun Zığ qəsəbəsi və Yeni Günəşli yaşayış massivinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti