...

Bakı-Supsa kəməri ilə neft nəqli dayandırılıb

Energetika Materials 16 May 2012 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend, müxbir E.İsmayılov /

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə operator BP şirkəti planlaşdırılmış profilaktik işlərin görülməsi üçün Bakı-Supsa neft kəməri ilə neftin nəqlini dayandırıb. Bu barədə Trend-ə çərşənbə günü şirkətdən bildirilib.

İşlər bu il "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə əvvəlcədən təsdiqlənmiş iş proqramı çərçivəsində həyata keçiriləcək.

Şirkətdən bildiriblər ki, boru kəmərində profilaktiki işlər bir ay ərzində aparılacaq.

Həmin işlər əsasən Azərbaycanda və Gürcüstanda qovşaqlarda bölücü siyirmələrin kürəkciklərinin işə salınması/qəbulunun (boru kəmərlərinin təmizlənməsi üçün) davam etdirilməsini, nəzarət və idarəetmə sistemlərinin işinin yaxşılaşdırılmasını, eləcə də nəzarət-ölçmə cihazlarının ümumi mexaniki işini və profilaktikasını nəzərdə tutur.

AÇG-nin bütün platformalarında, eləcə də "Şahdəniz" platformasında və BTC və Cənubi Qafqaz qaz kəməri üzrə bütün ixrac əməliyyatlarında hasilat adi rejimdə davam edəcək.

Ceyhanda yüklənmə planlaşdırıldığı kimi davam etdiriləcək.

Səngəçal terminalı özünün gündəlik profilaktik işlərini WREP üzrə əlaqələndirərək işləməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti