Azərbaycan, Bakı, 17 may /Trend/
Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend "Azəriqaz"ın rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq 18 may 2012-ci il tarixdə saat 09:00-dan 19:00-dək "Quba", "Köçəsgər" qazpaylayıcı stansiyalarından və "Ağstafa" avtomatik qazpaylayıcı stansiyasından, eyni zamanda, saat 10:00-dan "Bahar" qazpaylayıcı stansiyasında və "Suraxanı II" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Ağstafa rayonuna, Quba rayonunun bir hissəsinə, həmçinin Bülbülə qəsəbəsinin bir hissəsi daxil olmaqla, Suraxanı və Əmircan qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.