Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.İsmayılov/
ARDNŞ Azərbaycandan Gürcüstana qaz tədarükünü müvəqqəti olaraq dayandırıb. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə bildirib.
Onun sözlərinə görə, qaz tədarükü Gürcüstan tərəfinin xahişi ilə dayandırılıb. Bu, Gürcüstanda qaz nəqli infrastrukturunda işlərin aparılması üzrə planla əlaqədardır.
"Qaz nəqli müvəqqəti dayandırılıb və Gürcüstan tərəfinin müraciəti əsasında tədarük bərpa olunacaq", - mənbə deyib.