...

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin enerji nazirlərinin iclası İranda keçiriləcək

Energetika Materials 29 May 2012 17:54 (UTC +04:00)
İranda iyunun 25-27-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin enerji nazirlərinin iclası keçiriləcək.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin enerji nazirlərinin iclası İranda keçiriləcək

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir T.Cəfərov/

İranda iyunun 25-27-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin enerji nazirlərinin iclası keçiriləcək. Trend-in İranın "Shana" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Məhəmməd Yəhya Mərufi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Mərufi bildirib ki, İranın Neft Nazirliyi iclasa ev sahibliyi edəcək.

"Keçiriləcək iclas İƏT-ə üzv ölkələr arasında enerji, ticarət və texnologiyalar sahəsində əməkdaşlıqların inkişafına böyük töhfə verəcək", - o qeyd edib.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti