...

Hillari Klinton: ABŞ "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsində Azərbaycanı dəstəkləyir

Energetika Materials 6 İyun 2012 20:05 (UTC +04:00)
ABŞ enerji təhlükəsizliyi sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir və bu, hər iki ölkə üçün ümumi strateji maraqdır və dövrümüzün qlobal problemlərindən biridir.
Hillari Klinton: ABŞ "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsində Azərbaycanı dəstəkləyir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir V.Javoronkova/

ABŞ enerji təhlükəsizliyi sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir və bu, hər iki ölkə üçün ümumi strateji maraqdır və dövrümüzün qlobal problemlərindən biridir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın dövlət katibi Hillari Klinton Heydər Əlyev Beynəlxalq Hava Limanında Bakıya səfərinin yekunları üzrə keçirilən brifinqdə bildirib.

Klinton neft və qaz tədarükləri, habelə onların tədarük marşrutlarının şaxələndirilməsi ilə bağlı səylərdə oynadığı əsas rola görə Azərbaycana dərin minnətdarlığını bildirib.

ABŞ təbii qazın ixracı üçün Azərbaycan və Avro-atlantik ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək "Cənub qaz dəhlizi" layihəsinin yaradılmasının həyata keçirilməsində Azərbaycanı dəstəkləyir.

"Mən bu sahədə daha sıx əməkdaşlığa ümid edirəm", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti