...

Ernst & Young şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı XIX Beynəlxalq Xəzər neft və qaz konfransında məruzə ilə çıxış edib

Energetika Materials 8 İyun 2012 12:45 (UTC +04:00)
Ernst & Young şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı XIX Beynəlxalq Xəzər neft və qaz konfransında məruzə ilə çıxış edib
Ernst & Young şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı XIX Beynəlxalq Xəzər neft və qaz konfransında məruzə ilə çıxış edib

İlqar Vəliyev, Ernst & Young şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru Hilton Bakı Mehmanxanasında 6-7 iyun 2012-ci il tarixlərində keçirilən 19-cu Beynəlxalq Xəzər Neft və Qaz Konfransında məruzə ilə bu gün çıxış etmişdir. Məruzə regiondakı investisiya iqliminə, Azərbaycanda aparılan biznesin əsas problem və imkanlarına diqqət yetirmişdir.

"Mən inanıram ki, Azərbaycan nəhəng investisiya potensialına malikdir" İlqar demişdir.

İlqar Vəliyev Azərbaycanın son 20 ildə xarici investisiyaların cəlb edilməsi sahəsində əldə etdiyi təqdirəlayiq uğurlar haqqında danışmış, habelə vurğulamışdır ki, təhsil və korporativ sosial məsuliyyət sahələrində institusional islahatlar və investisiyalar bu uğurun gələcəkdə uzun müddət dayanaqlı olması üçün çox vacibdir.

Ernst & Young tədbirin sponsorlarından biri olmuşdur.

Beynəlxalq Xəzər Neft və Qaz Konfransı haqqında

Xəzər Neft və Qaz Konfransı Azərbaycanın Sənaye və Enerji Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən dəstəklənir və onlarla sıx əməkdaşlıq etməklə təşkil edilmişdir. Konfransda 50 yüksək ixtisaslı natiq, 21 sponsor və 500-dən çox nümayəndə toplaşdı. Xəzər Neft və Qaz Konfransında, bir qayda olaraq, dövlət rəsmiləri, yüksək səviyyəli kommersiya nümayəndələri və nüfuzlu sənaye peşəkarları iştirak edir.

Tədbir Azərbaycanda Neft və Qaz sektorunda iri milli və beynəlxalq neft və qaz şirkətlərini əsas regional operatorlar və təchizatçılarla bir araya gətirən önəmli qurultaya çevrilmiş.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 152.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.
Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 4000 peşəkar çalışır.
Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 130 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti