Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Tağıyeva/
İran bu gün Türkiyəyə təbii qazın verilməsini dayandırıb. Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı Türkiyənin "Sabah" qəzeti yayıb.
Bir müddət əvvəl Türkiyə qazın qiymətlərinə etiraz etmək üçün Beynəlxalq Arbitraj Məhkəməsində İrana qarşı iddia irəli sürüb.