...

İlin sonunadək Azərbaycanda yeni kimya sənaye parkının yaradılması ilə bağlı işlərə başlanacaq

Energetika Materials 4 İyul 2012 16:35 (UTC +04:00)
Sumqayıtın iri sənaye şəhərinə çevrilməsi fonunda yüksəkixtisaslı kadrların hazırlanması xeyli əhəmiyyət kəsb edir.
İlin sonunadək Azərbaycanda yeni kimya sənaye parkının yaradılması ilə bağlı işlərə başlanacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.İsmayılov/

Sumqayıtın iri sənaye şəhərinə çevrilməsi fonunda yüksəkixtisaslı kadrların hazırlanması xeyli əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnaslitlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Sumqayıt Təlim-Tədris Mərkəzinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, sənaye proqramı çərçivəsində Sumqayıtda texniki park yaradılıb ki, bu da 3 min iş yeri açmağa imkan verib, habelə yeni karbamid istehsalı zavodunun tikintisi ilə bağlı planlar mövcuddur.

"Şəhərdə kimya sənaye parkının yaradılması çərçivəsində işlər aparılır, bunun üçün "Azərikimya" İstehsalat Birliyinin sahəsindən 106 hektar ayrılıb", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, hazırda İqtisadi İnkişaf Nazirliyi yeni kimya sənaye parkının yaradılması çərçivəsində proqram hazırlayır və artıq ilin sonunda ərazidə irimiqyaslı işlərə başlanacaq.

Buna müvafiq olaraq, Sumqayıtda sənaye istehsalının, xüsusən də sənaye parkının inkişafı ilə bağlı planların reallaşdırılması üçün yüksəkixtisaslı kadrlara böyük ehtiyac var.

Abdullayevin sözlərinə görə, ARDNŞ yüksəkixtisaslı kadrların hazırlanmasına böyük diqqət ayırır. Buna görə də Sumqayıtda 3 minədək yeni kadrın hazırlanmasını təmin edəcək yeni mərkəzin açılması haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti