...

Gürcüstanda ARDNŞ-nin karbamid zavodunun təməlqoyma mərasimi keçirilib

Energetika Materials 18 Sentyabr 2012 17:28 (UTC +04:00)
Bu gün Kulevidə (Gürcüstan) azad sənaye zonasında (ASZ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus yeni karbamid istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Gürcüstanda ARDNŞ-nin karbamid zavodunun təməlqoyma mərasimi keçirilib

Gürcüstan, Tbilisi, 18 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Kulevidə (Gürcüstan) azad sənaye zonasında (ASZ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus yeni karbamid istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Gürcüstan Prezidenti Mixail Saakaşvili və ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

"Yaxın 4 il ərzində zavodun tikintisinə və ASZ-nin inkişafına investisiya qoyulacaq milyardlarla dollar real vəsaitdir", - Saakaşvili deyib və əlavə edib ki, tikinti prosesinə 1 500 yerli sakin cəlb ediləcək.

O qeyd edib ki, daha əvvəl bu yerdə sovet qoşunlarının hərbi poliqonu olub, indi isə bu, ölkə iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcək sənaye zonasına çevrilir.

Saakaşvili Gürcüstanın Qara dəniz regionunun inkişafı ideyasını həyata keçirən şirkətə dəstəyini ifadə edib.

"Bu regionda daha 3-4 müəssisə olarsa, işsizlik problemi aradan qalxacaq", - o qeyd edib.

ARDNŞ prezidentinin sözlərinə görə, Gürcüstanda karbamid istehsalı zavodunun tikintisi çərçivəsində bütün işlər Sumqayıt şəhərində oxşar müəssisənin yaradılması üzrə işlərlə paralel aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda karbamid zavodunun tikintisi üzrə podratçının seçilməsi məqsədilə tender proseduru başa çatır. Tenderin qalibi olacaq şirkət, həmçinin Gürcüstanda yeni emal müəssisənin yaradılmasına dair işlər aparacaq.

Saakaşvili onu da deyib ki, Lazika limanının tikintisi də Kulevi və Potinin inkişafına yardım edir.

"Bu günlərdə biz Gürcüstanın Qara dəniz sahillərində yeni limanın tikintisinə başlayacağıq ki, bu da dəniz daşımalarını kəskin artırmağa və bu regionu inkişaf etdirməyə imkan verəcək. Biz bu layihəyə 100 milyonlarla dollar investisiya yatırmağa hazırıq və bu, yaxın illərdə artıq gəlir gətirəcək. Limanın tikintisi Potinin davamı olacaq Lazika şəhərinin inkişafına səbəb olacaq", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti