...

Azərbaycan ərazisində qaz təchizatı ilə bağlı problem yoxdur

Energetika Materials 28 Sentyabr 2012 09:56 (UTC +04:00)
Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilməsində yaranan problem ölkə ərazisində qaz əməliyyatlarına və istehlakçıların qazla təchizatına təsir göstərməyib.
Azərbaycan ərazisində qaz təchizatı ilə bağlı problem yoxdur

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilməsində yaranan problem ölkə ərazisində qaz əməliyyatlarına və istehlakçıların qazla təchizatına təsir göstərməyib. Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Elektrik enerjisi ilə bağlı problem qaz nəqlinə heç bir təsir etməyib", - İB-dən deyiblər.

Birlikdən qeyd ediblər ki, İB hər cür zəruri ehtiyatlara və generatorlara malikdir, buna görə də ölkə ərazisində qazla bağlı problem yoxdur.

Xəbər lenti

Xəbər lenti