...

Natiq Əliyev: Xəzər regionu dünyanın ən iri enerji qütblərindən birinə çevrilir

Energetika Materials 15 Oktyabr 2012 11:58 (UTC +04:00)
Xəzər regionu planetimizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan ən iri enerji qütblərindən birinə çevrilir.
Natiq Əliyev: Xəzər regionu dünyanın ən iri enerji qütblərindən birinə çevrilir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Bədəlova/

Xəzər regionu planetimizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan ən iri enerji qütblərindən birinə çevrilir. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən VI Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

O bildirib ki, əldə olan rəqəmlərə görə, 2000-ci ildən 2008-ci ilədək hər il 9,8 faiz olmaqla Xəzər regionunda iqtisadiyyatda əhəmiyyətli artım müşahidə olunub. 2035-cu ildə region ölkələri arasında adambaşına ÜDM-in 18 min dollar həcmində nisbətən daha yüksək səviyyəsinə Qazaxıstan nail olacaq. Azərbaycanda bu rəqəm 15 min dollar təşkil edəcək.

Nazirin sözlərinə görə, regionda çox mühüm əhəmiyyət kəsb edən Azərbaycan uzunmüddətli perspektivdə Qərb bazarlarının qazla təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

O bildirib ki, Avropa qaza olan tələbatının təmin olunması məsələsində çətinliklər çəkəcək.

"Ona görə də qitənin təkcə marşrutları diversifikasiya etmək deyil, yeni qaz tədarükü mənbələri tapmaq istəyi anlaşılandır", - Əliyev deyib.

Onun sözlərinə görə, hazırda Aİ və Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması, eləcə də bu istiqamətdə müntəzəm görüşlər keçirmək üçün hər cür səy göstərir.

"Mən əminəm ki, bu səylər uğurlu nəticələrin əldə olunmasına və sonda regionda strateji layihələrin reallaşdırılmasına səbəb olacaq", - Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti