...

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

Energetika Materials 20 Oktyabr 2012 11:24 (UTC +04:00)
Azərbaycan İrandan Türkiyəyə qaz ixrac edən boru kəmərində baş vermiş partlayışa görə bu ölkəyə qaz tədarükünü artırıb.
Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan İrandan Türkiyəyə qaz ixrac edən boru kəmərində baş vermiş partlayışa görə bu ölkəyə qaz tədarükünü artırıb. Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.

Yıldızın sözlərinə görə, habelə Rusiyadan da qaz ixracı artırılıb.

Qeyd edək ki, Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları İran-Türkiyə magistral qaz kəmərinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsində partlayış törətmişdilər.

Həmin qaz kəməri ilə İrandan Türkiyəyə gün ərzində 27 milyon kubmetr təbii qaz ixrac olunur.

Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinin məlumatına görə, 2011-ci ildə Türkiyə 39,7 milyard kubmetr qaz idxal edib. Türkiyəyə qaz ixracatçıları arasında Rusiya birinci yeri tutur, daha sonra İran və Azərbaycan gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti