Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov/
"Şəmkir SES Silsiləsi" yanvar-sentyabr aylarında 784,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Silsiləyə "Şəmkir" və "Yenikənd" SES-ləri daxildir.
Məlumata görə, silsilənin istehsal etdiyi elektrik enerjisinin ümumi həcmindən "Şəmkir" SES-in payına 549,5 milyon kilovat-saat, "Yenikənd" SES-in payına isə 234,8 milyon kilovat-saat elektrik enerjisi düşüb.
Sentyabrda "Şəmkir" SES-də 36,8 milyon kilovat-saat, "Yenikənd" SES-də isə 15,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Payız-qış mövsümünə dair təsdiqlənmiş tədbirlər planı, demək olar ki, oktyabrın sonuna kimi həyata keçiriləcək.