...

Gürcüstan Energetika Nazirliyi ARDNŞ-ni inhisarçıı hesab etmir

Energetika Materials 5 Noyabr 2012 17:13 (UTC +04:00)
Gürcüstan Energetika Nazirliyi ARDNŞ-ni (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qaz bazarında inhisarçı hesab etmir.
Gürcüstan Energetika Nazirliyi ARDNŞ-ni inhisarçıı hesab etmir

Gürcüstan, Tbilisi, 5 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Energetika Nazirliyi ARDNŞ-ni (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qaz bazarında inhisarçı hesab etmir. Trend-in məlumatına görə, bu barədə "Kommersant" radiostansiyası Gürcüstan energetika nazirinin müavini Mariyam Valişviliyə istinadən xəbər verir.

Radiostansiyanın məlumatına görə, "SOCAR Energy Georgia"nin ölkənin qaz bazarında inhisarçı olub-olmamasına dair məsələ ARDNŞ-nin "Itera Georgia" şirkətini almasından sonra aktuallaşıb.

Energetika Nazirliyindən "Kommersant" radiosuna bildiriblər ki, ARDNŞ-nin "Itera Georgia" şirkətinin aktivlərini alması ilə bazarda heç nə dəyişmir.

Energetika nazirinin müavini xanım Mariyam Valişvilinin sözlərinə görə, bu sövdələşməyə qədər "Itera Georgia" ARDNŞ-nin qazı ilə təchiz olunub və ümumiyyətlə, bütün Gürcüstan Azərbaycan şirkətinin qazı ilə təchiz olunur.

Onun sözlərinə görə, buna görə də yeni inhisarçılıq barədə yayılan söhbətlər yersizdir.

Valişvilinin qeyd etdiyi kimi, ölkədə tarif siyasətinə xüsusi komissiya tərəfindən nəzarət olunur və inhisarçılıq halında belə, şirkət öhdəliklərdən qaça bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti