...

"Neft Daşları" yatağında 2 quyu əsaslı təmirdən sonra istismara verilib

Energetika Materials 28 Noyabr 2012 17:52 (UTC +04:00)
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
"Neft Daşları" yatağında 2 quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "Neft Daşları" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür. Bu günlərdə "Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2 quyu geoloji-texniki tədbirlərdən sonra istismara daxil edilib.

2206 nömrəli quyu Fasilə Lay Dəstəsindən sutkada təxminən 15 ton neft və 14 min kubmetr qaz hasilatı ilə işləyir. Həmin özüldəki 2280 nömrəli quyudan isə Balaxanı Lay Dəstəsinin VIII horizontundan sutkada 19 ton neft alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti